RU

"Elə yazanın ailəsində o obrazdan əxlaqsız qadınlar var"

Aktrisa Zülfiyyə Qurbanova "Öz aramızda" verilişində sosial şəbəkələrdə təhqirlərə qarşı qəbul olunan yeni qanun layihəsindən danışıb.

Milli.Az xəbər verir ki, sənətçi bu cür hallarla bağlı hüquqi tədbirlərin gücləndirilməsini müsbət qiymətləndirdiyini bildirib.

O, sosial şəbəkədə ünvanına yazılan təhqiramiz rəylərlə bağlı yaşadığı bir hadisəni də xatırladıb. Aktrisanın sözlərinə görə, onu tanımayan bir şəxs sosial şəbəkədə ağır ifadələr işlədib və bu səbəbdən o, rəsmi şəkildə şikayət edib.

Qurbanova bildirib ki, daha sonra həmin şəxs tapılaraq onun qarşısına gətirilib

"Sonradan məlum oldu ki, mənə təhqir yazan şəxs 63 yaşlı bir kişidir. Elə sözlər yazmışdı ki, sanki məni yaxından tanıyır. Qarşıma gələndə üzr istədi. Şəkər xəstəsi olduğunu dedi. Mən də özümü pis hiss etdim, hətta qarşısına çay da qoydum".

Aktrisa qeyd edib ki, sosial şəbəkələrdə bəzi insanlar müxtəlif bəhanələrlə tanımadıqları şəxsləri təhqir edirlər: "Biri deyir şəkərim qalxmışdı, biri başqa bəhanə gətirir. Yaxşı ki, artıq belə hallara qarşı qanunlar var və diqqət artır".

Zülfiyyə Qurbanova həmçinin filmlərdə canlandırdığı obrazlarla bağlı da fikirlərini bölüşüb. O bildirib ki, bəzən həyatdan götürülmüş və mənfi xüsusiyyətləri olan rollar ifa edir:

"Bir dəfə yüngül əxlaqlı qadın obrazını canlandırmışdım. Peşəkar oynadığımı yazanlar çox idi, amma təəssüf ki, çirkin rəylər yazanlar da vardı. Əmin olun ki, belə sözlər yazan bəzi kişilərin ailəsində də həmin obrazdakından da əxlaqsız qadınlar var. Ola bilər ki, bəziləri bu cür rəyləri kimlərinsə tapşırığı ilə yazırdılar".

Milli.Az

Избранный
10
4
milli.az

5Источники