RU

Qubada şəhid ailələri üçün 8 Mart və Ramazan münasibətilə iftar süfrəsi təşkil olunub - FOTOLAR

Quba rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub. Tədbir YAP Quba rayon təşkilatının təşəbbüsü və dəstəyi ilə baş tutub.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, iftar süfrəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba YAP sədri Fidan Hüseynova, şəhid anaları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər:

Tədbirdə şəhid anaları 8 Mart münasibətilə təbrik edilib, onlara gül dəstələri və hədiyyələr təqdim olunub. Ramazan ayının birlik, mərhəmət və paylaşmaq ayı olduğu qeyd edilərək, belə görüşlərin həmrəylik və mənəvi dəstək baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib. Sonda “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB ailəsi adından çıxış edən nümayəndə təşkil olunan iftar süfrəsinə və göstərilən diqqətə görə təşəkkürünü ifadə edib:

“Şəhid ailələrinə göstərilən diqqət və qayğı bizlər üçün böyük mənəvi dayaqdır. Bu cür tədbirlər bir daha sübut edir ki, şəhidlərimizin əmanəti olan ailələr heç zaman unudulmur, daim dövlətimizin və cəmiyyətimizin diqqət mərkəzindədir. Təşkilatçılara və əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk.”

Şəhid anası adından səsləndirilən fikirlər isə duyğulu anlarla yadda qalıb:

“Övladlarımız Vətən üçün canlarından keçdilər. Onların xatirəsinin yad olunması, bizə göstərilən hörmət və qayğı qəlbimizə təsəlli verir. Bu gün burada bir arada olmaq bizə güc verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Tədbir dualarla başa çatıb, şəhidlərimizin əziz xatirəsi bir daha ehtiramla yad edilib.

Избранный
112
qht.az

1Источники