RU

“Başqaları nə deyər?” qorxusu həyatımıza necə təsir edir?

Psixologiyada son illər daha çox müzakirə olunan anlayışlardan biri “başqalarının fikirlərindən qorxma sindromu”dur.

 

Pravda.az xatırladır ki, insanların “başqaları nə deyər?” düşüncəsi ilə hərəkət etməsi onların qərarlarına və həyat seçimlərinə ciddi təsir göstərə bilər.

 

Psixoloqlar bu vəziyyəti insan potensialını məhdudlaşdıran problem kimi qiymətləndirir. İnsan öz dəyərini və xoşbəxtliyini başqalarının fikirlərinə bağladıqda, zamanla öz istəklərindən uzaqlaşaraq cəmiyyətin gözləntilərinə uyğun yaşamağa başlayır.

 

Mütəxəssislər bildirir ki, bu qorxunun kökləri insanın təkamül tarixindən qaynaqlanır. Keçmişdə insanlar üçün sosial qrupdan kənarlaşdırılmaq həyati təhlükə yarada bilirdi. Buna görə də insanlar başqalarının fikirlərinə qarşı həssas olmağa meylli olub.

 

Lakin müasir dövrdə bu instinkt bəzən insanın öz fikrini ifadə etməsinə, risk götürməsinə və yeni addımlar atmasına mane ola bilər. Xüsusilə sosial təzyiq və mükəmməllik gözləntilərinin güclü olduğu mühitlərdə bu sindrom daha qabarıq formada hiss olunur.

 

Psixoloqlar bu vəziyyətlə mübarizə aparmaq üçün insanın öz dəyərlərini müəyyənləşdirməsini və qərarlarını başqalarının deyil, şəxsi prinsiplərinin yönləndirməsini tövsiyə edir. Bu yanaşma fərdin daha az streslə və daha az sosial təzyiqlə həyatını davam etdirməsinə kömək edə bilər.

 

Əminə Bayramova

Tarix: 5 Mart 2026, 15:33   
Избранный
120
pravda.az

1Источники