RU

Yaxın Şərqdə yeni hərbi GƏLİŞMƏ: Fransa öz bazalarını amerikalıların İXTİYARINA VERDİ

Fransa ABŞ təyyarələrinin Yaxın Şərqdəki bazalarından istifadəsinə icazə verib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.

Fransa hökuməti ABŞ-yə məxsus hərbi təyyarələrin Yaxın Şərq regionunda yerləşən fransız hərbi bazalarından istifadə etməsinə razılıq verib. Bu barədə Fransa Baş Qərargahının nümayəndəsi bəyanatla çıxış edib.

Qeyd olunub ki, həmin təyyarələr Fransanın Fars körfəzi ölkələrindəki tərəfdaşlarının müdafiəsini təmin etmək məqsədilə fəaliyyət göstərir.

Bu addım regionda təhlükəsizliyin qorunması və müttəfiqlər arasında hərbi koordinasiyanın gücləndirilməsi çərçivəsində atılıb.

Hələlik söhbətin konkret olaraq hansı bazalardan və neçə təyyarədən getdiyi barədə əlavə təfərrüatlar açıqlanmır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
84
interpress.az

1Источники