Ermənistan məhkəməsi arxiyepiskop Arşak Xaçatryanı həbsdən azad edib.
İnterpress.az xəbər verir ki, bu barədə vəkil Arsen Babayan məlumat yayıb.
Ermənistan Apellyasiya Məhkəməsi arxiyepiskop Arşak Xaçatryanın (Arşak Srbazan) həbsdən azad olunması barədə qərar çıxarıb.
Məhkəmə müdafiə tərəfinin şikayətini təmin edərək din xadimini sərbəst buraxıb.
Xatırladaq ki, bir müddət əvvəl vəkil Arşak Srbazana aid edilən və ittihamlara əsas olan videogörüntülərin saxtalaşdırıldığını təsdiqləyən ekspert rəylərini məhkəməyə təqdim etmişdi. Bu sübutlar cinayət işinin gedişatına ciddi təsir göstərib.
Xuraman Etibarlı
İnterpress.az