RU

Elm və təhsil işçiləri üçün sağlamlıq və istirahət proqramları genişlənir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi (RK) tərəfindən ittifaq üzvlərinin sağlamlığının qorunması və asudə vaxtının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Komitə üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərindən yararlanırlar.

Komitənin sədri Araz Paşayev bildirib ki, elm və təhsil sahəsində çalışanların sosial rifahı və sağlamlığı diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən sosial layihələr həmkarlar ittifaqı üzvlərinin rifahına xidmət edir və onların həm sağlamlıq, həm də asudə vaxtının səmərəli təşkilinə imkan yaradır.

Fevral ayında təşkil edilən xüsusi proqram çərçivəsində ilk təşkilat sədrləri və ailə üzvləri ilə birlikdə ümumilikdə 519 nəfər üç günlük müalicə paketindən faydalanıb. Proqram iştirakçıları üçün müalicəvi prosedurlar, sağlamlıq xidmətləri və əyləncəli fəaliyyətlər təşkil olunub.

Bununla yanaşı, ay ərzində 603 nəfər tur və ekskursiyalarda iştirak edərək asudə vaxtını səmərəli və maraqlı şəkildə dəyərləndirib.

Araz Paşayev qeyd edib ki, gələcəkdə bu kimi sosial layihələr davam etdiriləcək. Qeyd olunur ki, ötən il elektron rezervasiya sistemi vasitəsilə 30 mindən çox elm və təhsil işçisi və onların ailə üzvləri sanatoriya xidmətlərindən yararlanıb.

Bu tədbirlər həmkarlar ittifaqlarının elm və təhsil işçilərinin sosial rifahını yüksəltmək və onların sağlamlığını qorumaq istiqamətində gördüyü ardıcıl işlərin davamı hesab olunur.

Избранный
77
veteninfo.az

1Источники