RU

WUF13 çərçivəsində “Təmiz Şəhər ” ASC ilə memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

2026-cı il martın 5-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dairmemorandum imzalanıb.

Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, sənədi “Təmiz Şəhər”ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov və WUF13 AzərbaycanƏməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədovimzalayıblar.

Memorandumun imzalanmasında əsas məqsəd tədbirin təşkili vəkeçirilməsi zamanı yaranacaq bərk məişət tullantılarının düzgünidarə olunmasını təmin etməkdir. Bu çərçivədə tərəflər AzərbaycanRespublikasının ətraf mühitin qorunması üzrə dövlət siyasətinəuyğun olaraq davamlı və səmərəli yanaşmaların tətbiqini prioritetkimi müəyyən ediblər.

Əməkdaşlığa əsasən, WUF13 tədbiri çərçivəsində Bakı OlimpiyaStadionu və digər tədbir məkanlarında əmələ gələn bərk məişəttullantıları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvilveriləcək. Müasir usullarla zərərsizləşdiriləcək tullantılarıntəkrar emala yararlı hissəsi emal müəssisələrinə yönləndiriləcək.Əməkdaşlıq çərçivəsində həmçinin bərk məişət tullantılarının düzgünidarə edilməsi ilə bağlı ictimai maarifləndirmə təşəbbüsləri, eləcədə birgə pilot layihələr həyata keçiriləcək.

Sözügedən memorandum tədbirin karbon emissiyası izininazaldılmasına, poliqonlara yönləndirilən tullantı həcminin minimumaendirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına töhfəverməklə yanaşı, Azərbaycanın resurs səmərəliliyinin artırılması,dairəvi iqtisadiyyat modelinin təşviqi və dayanıqlı tədbiridarəetmə təcrübəsinin formalaşdırılması baxımından stratejiəhəmiyyət daşıyır.

WUF13
WUF13
WUF13
Избранный
83
11
az.trend.az

10Источники