RU

Livanın Baş naziri: İranlı qvardiyaçılar deportasiya olunmalıdır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 mart, AZƏRTAC

Livanın Baş naziri Nəvaf Salam hakimiyyət orqanlarına Livanda hərbi əməliyyatlar aparan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) üzvlərinin həbsini və deportasiyasını əmr edib.

AZƏRTAC “Reuters”a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra Livanın informasiya naziri Pol Morkos Salamın xahişini jurnalistlərə oxuyub.

Qeyd edək ki, bu, hökumətin Livan ərazisində İran silahlı qüvvələrinin mümkün mövcudluğuna ilk dəfə işarə etməsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
azertag.az

2Источники