RU

Nazirlik rəsmisi: Qazaxda ilin sonuna qədər müntəzəm şəkildə idman turnirləri keçiriləcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazax, 5 mart, AZƏRTAC

Builki idman həftəsi martın 2-dən başlayıb və martın 8-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirliyinin idman şöbəsinin sektor müdiri Elçin Qasımov 2026-cı il üçün "İdman paytaxtı" seçilən Qazax şəhərində təşkil edilən paraddan sonra jurnalistlərə açıqlamasında deyib.

O, ümumilikdə həftə çərçivəsində 20-dən çox müxtəlif idman tədbirinin keçirilməsini nəzərdə tutulduğunu bildirib: "Proqrama kütləvi idman yürüşləri, müxtəlif idman növləri üzrə yarışlar və digər tədbirlər daxildir. 5 mart isə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Eyni zamanda, 2026-cı il üçün Qazax şəhərinin idman paytaxtı elan olunması münasibətilə açılış mərasimi keçirildi. Tədbir olduqca möhtəşəm və təntənəli şəkildə təşkil edildi. Düşünürəm ki, builki idman yürüşü əvvəlkilərdən daha fərqli və yaddaqalan oldu".

Nazirlik rəsmisi idman paytaxtı seçilən şəhərlərdə il ərzində respublika çempionatları, respublika birincilikləri, kubok yarışları və hətta beynəlxalq turnirlər təşkil olunduğunu qeyd edib: "Artıq martın 9-dan etibarən güləş yarışlarının təşkili planlaşdırılır və ilin sonuna qədər müxtəlif idman növləri üzrə turnirlər müntəzəm şəkildə keçiriləcək".

Müxbir - Cavid Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
1
azertag.az

2Источники