RU

"Baku TV" və Türkiyənin "Haber Global" televiziya kanalları birgə CANLI YAYIMDA

İranda və regionumuzda baş verən hadisələrlə əlaqədar "Baku TV" və Türkiyənin "Haber Global" televiziya kanalları birgə yayıma başlayıb.

Far.Az xəbər verir ki, Saynur Tezel və Elçin Əlibəylinin birgə moderatorluğunda "Haber Global" studiyasının qonaqları politoloq Oğuzhan Bilgin, siyasət tarixçisi Aygün Attar, "Baku TV" studiyasının qonağı millət vəkili Hikmət Babaoğlu İranın Türkiyəyə və Azərbaycana qarşı son təxribatları, ABŞ və İsrailin İran əməliyyatı və regionumuzda baş verən son hadisələrlə əlaqədar ən son məlumatlar və şərhlərlə qarşınızdadırlar:

***18:03

Bir azdan Azərbaycanın "Baku TV" və Türkiyənin "Haber Global" kanalları ortaq yayıma keçəcək.

Far.Az-in məlumatına görə, birgə yayım zamanı İranda və regionumuzda baş verən hadisələr müzakirə olunacaq.

Birgə yayıma moderatorluğu türkiyəli jurnalist Saynur Tezel edəcək. Canlı yayımın qonaqları isə politoloq Oğuzhan Bilgin və siyasi tarixçi Aygün Attar olacaq. Bundan əlavə, telekörpü vasitəsilə Hikmət Babaoğlu və Elçin Əlibəyli də müzakirəyə qoşulacaqlar.

Ortaq yayımı saat 18:25-dən etibarən hər iki kanaldan canlı izləyə bilərsiniz.

Избранный
19
4
far.az

6Источники