RU

Gürcüstan XİN: "Qardaş Azərbaycanla həmrəyliyimizi ifadə edirik"

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində baş verən pilotsuz təyyarə hücumunu kəskin şəkildə pisləyib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda qeyd olunub.

Sözügedən bəyanatda deyilir: "Hücum nəticəsində bir neçə vətəndaş xəsarət alıb. Beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda gərginliyi artıran istənilən hərəkətlər qəbuledilməzdir".

Bəyanatda vurğulanıb ki, Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq münasibətləri nəzərə alınaraq, Gürcüstan çətin vəziyyətdə qarda. Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.

Избранный
33
11
publika.az

10Источники