RU

“Kubokda ümidimiz ölsə də, çempionat yoluyla istəyimizə çata bilərik” İliçin istefa verməsini istəmirlər

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə”yə uduzan “Sumqayıt” mübarizəni dayandırdı. Uğursuz nəticə komandanın avrokuboklara vəsiqə qazanmaq hədəfini ciddi təhlükə altına atdı. Çünki “gənclik şəhəri”nin təmsilçisinin premyer-liqadakı nəticələri də qənaətbəxş deyil. Bu komanda son 8 matçda cəmi 1 qələbə qazanıb.“Sumqayıt”ın durumuyla bağlı komandanın ən böyük fanklubu olan “Kimyaçılar”ın rəhbəri Sənan Mirzəyevin mövqeyini öyrəndik. Onun “Football-plus.az”a cavabı:

“Komanda mövsümün ilk yarısında yaxşı nəticələr qazansa da, yeni ildən vəziyyət dəyişdi. Futbolçular mübarizə aparmır. Zirədə keçirilən oyunda son dəqiqələrdə hücuma keçməyə başladılar. Halbuki futbolda əvvəldən sonadək döyüşmək lazımdı. Bu məqamlar bizi çox üzür. Odu ki, emosiyalarını cilovlaya bilməyən bəzi azarkeşlər narazılıq etdi. Düzü, hələ baş məşqçi Saşa İliçin istefa verməsini istəmirik. Bu, ən son addımdı. İnanırıq ki, komandamız avrokuboklara vəsiqə qazanacaq. Kubokda ümidimiz ölsə də, çempionat yoluyla istəyimizə çata bilərik. Bunun üçün komanda daha istəkli, mübariz və inadkar oyun sərgiləməlidi. Sumqayıt camaatı bu komandanın uğrularına sevinir, belə nəticələrə görə isə üzülür. Futbolçular futbolsevərlərə hörmət etməli, onları məyus olmağa qoymamalıdılar. Bəli, futbolda məğlubiyyət var, ancaq bu cür, özü də ardıcıl şəkildə uduzmaq adamı hövsələdən çıxarır. İstər-istəməz emosiyalar coşur və narazılıq edirik. Ancaq soyuq başla düşünsək, komandaya güvənmək, dəstək olmaq lazımdı”.

“Sumqayıt” 23-cü turda “Karvan-Yevlax”la üz-üzə gələcək. Yevlax şəhər stadionunda keçiriləcək oyun martın 7-si, saat 15.00-da başlayacaq.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
96
1
icma.az

2Источники