RU

Klub ÇL yə vəsiqə qazansa, maaşı artırılacaq

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Klub ÇL-yə vəsiqə qazansa, maaşı artırılacaq

"Mançester Yunayted" əsas oyunçularından biri olan Bruno Fernandeşə yeni müqavilə təklif etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, "The Mirror" nəşrinin yaydığı məlumata görə, yeni sözləşməyə əsasən, portuqaliyalı yarımmüdafiəçinin həftəlik məvacibi 400 min funt sterlinqə qədər yüksələ bilər.

Bununla yanaşı, Fernandeşin komandada qalıb-qalmayacağı ilə bağlı yekun qərarın klubun mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmasından asılı olacağı bildirilir. 

Xatırladaq ki, "qırmızı şeytanlar" cari mövsümdə avrokuboklarda iştirak etmir. Bruno Fernandeş bu mövsüm bütün turnirlərdə çıxdığı 28 matçda 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
89
1
qol.az

2Источники