Fevralın 28-i saat 08:00-dan martın 5-i saat 20:00-dək İran İslam Respublikasından Azərbaycan ərazisi vasitəsilə ümumilikdə 1424 nəfər təxliyə olunub.
APA-nın məlumatına görə, təxliyə olunanlar arasında 423 Çin vətəndaşı, 273 Azərbaycan vətəndaşı, 262 Rusiya vətəndaşı, 138 Tacikistan vətəndaşı və 90 Pakistan vətəndaşı var.
Bundan əlavə, Oman (46), İtaliya (31), İspaniya (20), Səudiyyə Ərəbistanı (18), İran (11), Gürcüstan (11), Braziliya (8), Belarus (7), BƏƏ (6), Slovakiya (6), Serbiya (5), Nigeriya (5), İordaniya (4), Qazaxıstan (4), İsveçrə (4) və Yaponiya (4) vətəndaşları da Azərbaycan vasitəsilə təxliyə edilib.
Həmçinin Fransa, Türkiyə, Özbəkistan, Meksika və Xorvatiya daxil olmaqla bir sıra digər ölkələrin vətəndaşları da təxliyə olunanlar arasındadır.
Bildirilib ki, təxliyə prosesi Azərbaycanın sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilib.
***
19:28
Fevralın 28-i saat 08:00-dan martın 5-i saat 18:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1 341 nəfər təxliyə edilib.
APA xəbər verir ki, təxliyə olunanların 273-ü Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 402 Çin, 262 Rusiya, 111 Tacikistan, 88 Pakistan, 46 Oman, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 11 İran, 10 Gürcüstan, 8 Braziliya, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 5 Nigeriya, 4 İordaniya, 4 İsveçrə, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Fransa, 3 Meksika, 3 Filippin, 3 Qazaxıstan, 3 Türkiyə, 3 Xorvatiya, 2 Yəmən, 2 Nepal, 2 Qırğızıstan, 2 İtaliya, 2 Çexiya, 2 Böyük Britaniya, vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Cənubi Afrika, Kuba, Ukrayna, İsveç, Almaniya və Kanadadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.
***
10:34
Fevralın 28-i saat 08:00-dan martın 5-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1317 nəfər təxliyə edilib.
APA xəbər verir ki, təxliyə olunanların 259-u Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 401 Çin, 259 Rusiya, 109 Tacikistan, 88 Pakistan, 46 Oman, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 11 İran, 9 Gürcüstan, 8 Braziliya, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 5 Nigeriya, 4 İordaniya, 4 İsveçrə, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Fransa, 3 Meksika, 3 Filippin, 3 Qazaxıstan, 2 Nepal, 2 Türkiyə, 2 Yəmən, 2 Qırğızıstan, 2 İtaliya, 2 Çexiya, 2 Böyük Britaniya, 2 Xorvatiya vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Cənubi Afrika, Kuba, Ukrayna, İsveç və Almaniyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.