Moskva ətrafında qazdoldurma məntəqəsinin yaxınlığında yanacaq daşıyan maşın partlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskva vilayətinin Kosino qəsəbəsinin sakinləri güclü işıq parıltısı və partlayışdan sonra yaranan alovun şahidi olublar.
Yerli sakinlərin sözlərinə görə, hadisə qazdoldurma məntəqəsinin yaxınlığında yanacaq daşıyan avtomobilin (benzovozun) partlaması nəticəsində baş verib.
Partlayış və ardınca başlayan yanğının parıltısı hadisənin baş verdiyi Barıbino ərazisindən bir neçə kilometr uzaqlıqdan belə aydın şəkildə görünüb.
Hazırda zərərçəkənlər barədə dəqiq məlumat yoxdur. Hadisə yerinə təcili xidmətlərin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Xuraman Etibarlı
İnterpress.az