RU

Dəhşətli anlar: təyyarənin qapısı uçuş zamanı qopdu

Alyaskada "Gippsland GA-8" markalı təyyarənin qapısı uçuş zamanı qopub.

Pubkika.az xəbər verir ki, bu barədə "Alaska Public Media" nəşri yazıb.

Məlumata görə, "Grant Aviation" aviaşirkətinə məxsus təyyarə İk - Betel marşrutu üzrə uçurmuş. Hadisə anında göyərtədə pilot və beş sərnişin olub. Qeyd olunur ki, hava gəmisinin qapısı havaya qalxdıqdan cəmi beş dəqiqə sonra qopub. Buna baxmayaraq, təyyarə yoluna davam edib və təyinat məntəqəsində uğurlu eniş edib.

Aviaşirkətin vitse-prezidenti Den Knesek artıq hadisəni şərh edib və bildirib ki, hazırda baş vermiş hadisənin səbəblərini müəyyənləşdirmək məqsədilə daxili araşdırma aparılır.

Избранный
124
publika.az

1Источники