RU

ABŞ Hindistana Rusiya neftini almağa icazə verib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ qlobal enerji bazarında təchizatın sabitliyini qorumaq üçün Hindistanın Rusiya nefti idxalına müvəqqəti icazə verib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent sosial şəbəkədə açıqlama verib.

Donald Tramp administrasiyasının enerji siyasətinə də toxunan Bessent qeyd edib ki, ABŞ-da neft və təbii qaz hasilatı tarixi rekord səviyyəyə çatıb.

Nazir bildirib:“Qlobal bazara neft axınının davam etməsini təmin etmək üçün Maliyyə Nazirliyi Hindistan neft emalı zavodlarına Rusiya neftini almağa icazə verən 30 günlük müvəqqəti güzəşt verir”.

Bessentin sözlərinə görə, bu qərar Rusiya hökumətinə ciddi maliyyə üstünlüyü yaratmayacaq. Çünki güzəşt yalnız dənizdə artıq yüklənmiş və daşınma prosesində olan neftlə bağlı əməliyyatlara şamil edilir.

O, həmçinin Hindistanın ABŞ üçün mühüm tərəfdaş olduğunu vurğulayaraq əlavə edib ki, Vaşinqton gələcəkdə Nyu-Dehlinin ABŞ nefti alışını artıracağını gözləyir.

“Bu müvəqqəti tədbir İranın qlobal enerji bazarını təzyiq altında saxlamaq cəhdinin yaratdığı riskləri azaltmağa kömək edəcək”, – deyə Bessent bildirib.

Qeyd edək ki, Hörmüz boğazında gərginliyin artması ABŞ və İsrailin İrana zərbələrindən və Tehranın cavab addımlarından sonra qlobal enerji ticarətinə ciddi təsir göstərib. Dünyanın ən mühüm enerji marşrutlarından biri hesab edilən bu boğazda nəqliyyatın dayanması nəticəsində neft qiymətlərində artım müşahidə olunub.

Избранный
67
10
banco.az

10Источники