RU

Azərbaycanlı tanınmış müğənni faciəli şəkildə öldü - VİDEO - FOTO

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az xəbər verir ki, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) oxu.az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

"Məlumata görə, Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü Samir Əhməd oğlu Səmədovun idarə etdiyi MAN markalı 60-AC-426 dövlət nömrə nişanlı yük maşını "Lexus" markalı 77-GE-211 dövlət nömrə nişanlı avtomobili və onun yanında dayanmış sürücü - 1983-cü il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.

Nəticədə Kamil Sərməsov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Kamil Sərməsov keçmiş ANS tellekanalının məşhur layihələrindən olmuş "Toylar Kralı"nın finalçılarından idi.

Избранный
82
8
olke.az

9Источники