RU

Ziyafət Əsgərov jurnalistlərin ortaq yayımına qoşuldu 

Ötən gün Azərbaycanın tanınmış jurnalistləri və Türkiyənin tanınmış media rəhbərləri ilə ortaq yayım həyata keçirilib. 


Manset.az xəbər verir ki, bir neçə gündür İranda baş verən hadisələr fonunda sosial mediada yaradılan "Gündəm müzakirəsi" layihəsi "Azxəbər.com" xəbər saytının baş redaktoru Hacıbəy Heydərli, "Manşet.az" xəbər portalının baş redaktoru Əli Vəliyev və "Time Media Haber"in rəhbəri Ali Kanın iştirakı ilə həyata keçirilir. 

"TikTok" platformasında böyük kanalları olan Əli Vəliyev və Hacıbəy Heydərli, eyni zamanda "Time Media Haber"in rəhbəri Ali Kanın iştirakı ilə gündəmə dair məsələlər müzakirə olunur. Ötən gecə İranın Naxçıvana hücumunun həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı canlı yayıma Milli Məclisin sədr müavini,  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qoşulub. O, canlı yayımda açıqlama verib: 

"İranın bu dron hücumu mülki obyektlərə yönəlib. Həmin ərazilərdə xarici ölkənin hərbi bazası yoxdur. Bəs nəyə görə Azərbaycana qarşı belə bir terror aktı törədilir?! Azərbaycan dəfələrlə qeyd edib ki, biz öz ölkəmizdə İrana qarşı üçüncü dövlətin İrana qarşı mübarizə aparmasına yol verməyəcəyik. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. İranın mövqeyindən asılı olmayaraq... Qonşularla konfliktdə olmaq bizim milli maraqlarımıza uyğun deyil, bizə bu lazım deyil. İranın məqsədi müharibənin coğrafiyasını genişləndirmək, Azərbaycan və Türkiyəni də müharibəyə cəlb etmək və nəticə etibarı ilə aranı qarışdırmaqdır". 

Fotoda Əli Vəliyev 



Fotoda Hacıbəy Heydərli


Избранный
108
1
manset.az

2Источники