RU

Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Füzuli şəhəri, H.Əliyev prospektindəki "Səma" marketdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları yoxlama aparıblar.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı marketdə müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb.

İçkilərin orijinaldan fərqli doldurulduğu, başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixlərinin qeyd edilmədiyi, köhnə etiketin üzərindən yeni etiketin vurulduğu müəyyən olunub.

Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, məhsullar satışdan kənarlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
110
2
baku.ws

3Источники