Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, İ.Ramazanovun Mehriban Ağabalazadənin əri olduğu bildirilir.