
Digər tərəvəzlər kimi göyərtinin də qiyməti artıb. Özü də 50 faiz...
Əgər ötən həftə göyərtinin bir dəsti 15-20 qəpiyə satılırdısa, bu gün 30-35 qəpiyə təklif olunur.
Maraqlıdır ki, supermarketlər son günlər göyərtini dəst yox, kiloqramla satır. Bu da təəccüb doğuran faktordur.
Demokrat.az xəbər verir ki, məsələ münasibət bildirən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, göyərtinin qiymətinin qalxmasında təəccüblü heç nə yoxdur:
“Son zamanlar bütün ərzaqlar bahalaşıb. Ən əsası dizel yanacağının qiyməti yüksəlib. Ona görə də göyərtinin qiymətinin qalxması labüddür.
Unutmayaq ki, bu spiralvari bir prosesdir. Yəni bir sahədə qiymət artırsa o zaman, digər sahənin istehsalçıları da qiymət artımına getmək məcburiyyətindədirlər. Burada söhbət təkcə məhsulun maya dəyərindən getmir. Ümumi sosial-iqtisadi proseslər bunu tələb edir. Bu xoşagəlməz tendensiyanın qarşısı alınmalıdır. Məhsul bolluğu yaratmaq istəyən istehsalçılara dəstək artırılmalıdır”.
.media-content {
width: 100%;
padding: 40px 0;
}
.media-content a {
display: inline-block;
width: 25%;
padding: 2.5px 5px 2.5px 0;
float: left;
}
