RU

Pezeşkian niyə susur? “İran da Rusiyanın yolunu gedir”

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvana qarşı törədilən terror hücumundan sonra İarn rəhbərliyindən hələ də heç bir ağlabatan izahat və rəsmi üzrxahlıq bəyanatı gəlməyib. Xüsusilə də İran prezidenti, əslən azərbaycanlıolan Məsud Pezişkianın susması haqlı narazılığa səbəb olur.

“AzPolitika” xəbər verir ki, politoloq Elxan Şahinoğlu bununla bağlı paylaşımında İarn rejiminin də Rusiyanın yolu ilə getdiyini qeyd edib: “İspaniya hökuməti ABŞ-nin İrana qarşı hərbi əməliyyatda əməkdaşlıqdan imtina etdiyini açıqladıqdan sonra İran Prezidenti Məsud Pezeşkian vaxt itirmədən sosial mediada İspaniyaya təşəkkürnamə yazdı. Ancaq Məsud Pezeşkian dünən Naxçıvana atılan dronlarla bağlı nə azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, nə də heç olmasa sosial şəbəkədə məsələyə aydınlıq gətirən status paylaşdı. Böyük ehtimalla Məsud Pezeşkian dünən gün ərzində bu barədə ciddi düşünüb, sadəcə Bakıya zəng etməyə və ya status paylaşmağa risk etməyib. Çünki, Məsud Pezeşkian İlham Əliyevə zəng etsəydi, ya üzr istəməliydi, ya da deməliydi ki, “məsələ araşdırılır”. Görünür, Pezeşkian düşünüb ki, bu iki variantdan birini seçərsə, ölkəni idarə edən və anti-Azərbaycan mövqeyindən çıxış edən SEPAH generalları ilə üz-üzə qalacaq. Ancaq Pezeşkian anlamamış deyil ki, susqunluğu onun İlham Əliyevlə arasındakı tərəfdaşlıq münasibətlərinin üstündən xətt çəkir. Halbuki, iki ölkə Prezidenti arasında normal münasibətləri formalaşmışdı.

İran eyni ilə Rusiyanın yolu ilə gedir. Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurduqdan sonra əvvəlcə olayı inkar etdi, sonra üzrxahlıq gəlsə də kompensasiya ödənmədi, cinayətkarlar cəzalandırılmadı və buna görə iki ölkə arasındakı münasibətlərdə suallar ortadan qaldırılmayıb. İran da hələ ki, Rusiya kimi inkar edir, “Naxçıvana dron atmamışıq” prinsipindən çıxış edir, ancaq bu yanaşma iki ölkə arasındakı onsuz da suallarla dolu olan münasibətləri növbəti gərginlik mərhələsinə keçirəcək. Buna görə Məsuz Pezeşkianın İlham Əliyevə zənginə ehtiyac var”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
71
6
azpolitika.info

10Источники