RU

“İran sərhəd bölgələrini və ya ona qeyri müttəfiq dövlətləri hədəf alırsa, niyə Ermənistanı vurmur?”

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İranın məqsədi regionu gərginləşdirməkdir. Nəyin bahasına olursa olsun, bu münaqişəyə təkcə İsrail və ABŞ deyil, bütün Körfəz ölkələri, ərəb dünyası, həmçinin Cənubi Qafqaz və Türkiyə də daxil olmaqla oyun iştirakçılarını cəlb etmək istəyir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Əgər İran sərhəd bölgələrini və ya ona qeyri-müttəfiq dövlətləri hədəf alırsa, niyə Ermənistanı vurmur? Çünki Ermənistanda ABŞ səfirliyinin böyük təsiri var. Demək olar ki, həm qoşunların idarə olunmasında, həm də peyk vasitəsilə səfirlik iştirak edir.

Bu isə göstərir ki, buradakı maraq tam başqa cürdür. Məsələdə Türkiyə və Azərbaycanın seçilməsi təsadüfi deyil. Təəssüf doğuran məqam odur ki, cənab Prezidentin səfirliyə gedib başsağlığı verməsindən sonra İran tərəfindən atılan addım yanlış oldu”.

Deputat qeyd edib ki, məsələ ciddi şəkildə araşdırılmalıdır:

“Raketlər və dronlar hansı istiqamətdən atılıb, hansı növdür – bunlar müəyyənləşdirilməlidir. Bu, çox mürəkkəb məsələ deyil. Artıq Müdafiə Nazirliyi də bəyanat verib.

Ən əsası isə bu gün təmkinli olmaq və ortaya müvafiq qərarın qəbul olunması üçün konkret faktları müəyyənləşdirməkdir. Hesab edirəm ki, Müdafiə Nazirliyi bu istiqamətdə işini ciddi şəkildə görəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
53
icma.az

1Источники