İran Qızıl Aypara Cəmiyyəti bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində ölənlərin sayı 1332 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, "Əl-Cəzirə" məlumat yayıb.
Bildirilib ki, UNICEF qurbanlar arasında ən azı 181 uşağın olduğunu açıqlayıb.
Məlumata görə, İsrailin Livana endirdiyi zərbələrin sayı ən azı 123-ə çatıb. İsrail mediası 11 ölüm hadisəsi barədə məlumat verir. ABŞ isə əvvəllər amerikalı əsgərlər arasında altı ölüm halını açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI