RU

Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Sumqayıt-Ağdam, Gəncə-Masallı, Gəncə-Gədəbəy, Gədəbəy-Gəncə və Qazax-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Sumqayıt-Ağdam marşrutu üzrə fiziki şəxs Məmmədov Böyükağa Sədi oğlu;

Gəncə-Masallı marşrutu üzrə hüquqi şəxs "MİN. AVTOTRANS" MMC;

Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs Məmmədov Cavanşir Məhəmməd oğlu;

Gədəbəy-Gəncə marşrutları üzrə fiziki şəxslər Alıyev Sabit Zahid oğluMəmmədov Cavanşir Məhəmməd oğlu;

Qazax-Gəncə marşrutu üzrə fiziki şəxs Cəfərov Samir Vaqif oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. 

Избранный
97
8
marja.az

9Источники