RU

İranda qeyri-rəsmi hakimiyyət bölgüsü - siyasi proseslər və ordu bu şəxslərin ƏLİNDƏ

ABŞ-nin "The Atlantic" nəşri Tehrandakı mənbələrə istinadən maraqlı iddia ilə çıxış edib. Bildirilir ki, İranda Əli Laricani və Məhəmməd Baqir Qalibaf ölkənin idarəçiliyini faktiki olaraq öz üzərlərinə götürüblər.

Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, mövcud vəziyyətdə hakimiyyət daxilində qeyri-rəsmi bölgü formalaşıb.

Məlumatda iddia olunur ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani əsasən siyasi proseslərə nəzarət edir.

Digər tərəfdən, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə təhlükəsizlik və ordunu koordinasiya edən əsas fiqur kimi çıxış edir.

Musavat.com

 

Избранный
43
musavat.com

1Источники