RU

"Ani diqqətsizlikdən qapımızda qol gördük" - "Baku Sportinq"in məşqçisi

1-ci Liqanın 17-ci turunda Buzovnada "Mingəçevir"i qəbul edən "Baku Sportinq" 0:1 hesabı ilə məğlub oldu. Yenilgiyə rəğmən, 33 xalla 2-ci pillədə qalan meydan sahiblərinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əslində, hər şey planlaşdırdığımız kimi gedirdi. Uşaqlar verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Oyunun müəyyən hissələrində biz daha yaxşı göründük, müəyyən hissələrində rəqib. Hər iki tərəfin real qol imkanları oldu. SAadəcə hamı oyunun heç-heçə bitəcəyini düşündüyü zaman, 90+2-ci dəqiqədə ani diqqətsizlikdən qapımızda qol gördük. Bir daha təsdiqləndi ki, hakimin son fitinə qədər eyni diqqət, eyni konsentrasiya ilə mübarizə aparmaq vacibdir. Məğlubiyyətə baxmayaraq, uşaqları sərgilədikləri futbola görə təbrik etdim. Sizin vasitənizlə bir daha bəyan edirəm ki, komandamızın oyunundan razıyam və futbolçularımızın hər birinə təşəkkürlərimi çatdırıram".

Toğrul

Избранный
103
fanat.az

1Источники