RU

Deputat: "İran Azərbaycandan üzr istəməlidir"

“Azərbaycan hər zaman humanizm prinsiplərinə və bəşəri dəyərlərə sadiq olub”. 

Bu sözləri Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Cebheinfo.az” – a şərhində qeyd edib.  E.Musayev bildirib ki, Azərbaycan sözdə deyil, öz addımları ilə humanist bir dövlət olduğunu sübut edir:

Bəllidir ki, Azərbaycan hər zaman olduğu kimi, belə məsələlərdə önəmli rol oynayıb, yəni dəfələrlə öz humanistliyini nümayiş etdirib. Azərbaycan dövləti öz hərəkətləri ilə bunu sübut edir. Qeyd edim ki, bir neçə gün bundan əvvəl dövlət başçısı İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki səfirliyində oldu və İranın ali rəhbəri Seyid Əli Xameneyinin həlak olması ilə bağlı Azərbaycan dövlətinin adından İran xalqına başsağlığı verdi.

Onu da vurğulayım ki, müharibədən əvvəl Azərbaycan dövləti onun ərazisindən üçüncü bir dövlət tərəfindən İrana qarşı istifadə edilməyəcəyi barədə bəyanatlar səsləndirib. Dözlətimiz indi də bu mövqedədir. Nəzərə alaq ki, müharibənin daha da ağırlaşdığı bir zamanda  xarici ölkə vətəndaşları İranda qalıb və onların başqa ölkələrə çıxış imkanları yoxdur. 

Azərbaycan belə bir vəziyyəti nəzərə alaraq, öz ərazisindən humanitar koridor yaradıb, xarici ölkələrin vətəndaşları bu fürsətdən istifadə edərək müharibə zonasından çıxırlar.  Azərbaycan öz humanitar missiyasını davam etdirəcək". E.Musayev əlavə edib: 

“Hətta İranın Livandakı diplomatik korpusunun nümayəndələrinin və onların ailələrinin təxliyəsi  gündəmə gələndə, Azərbaycan həmin missiyanı yerinə yetirməyi üzərinə götürmüşdü. Amma buna baxmayaraq, Azərbaycanın Naxçıvan bölgəsinə İran tərəfindən dron zərbəsi endirildi. Bunu İran tərəfinin Azərbaycana qarşı riyakarlığın və nankorluğun göstəricisi kimi qiymətləndirmək lazımdır. 

Azərbaycan cəmiyyəti olaraq molla rejiminin apardığı siyasəti, xüsusilə də humanitar addımlarımıza qarşı riyakar mövqeyini qətiyyətlə pisləyirik. İran baş verənlərə görə Azərbaycandan üzr istəməli və hadisəni törədənlər cəzalandırılmalıdır”. 

Избранный
110
cebheinfo.az

1Источники