
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) qəbulla əlaqədar müsabiqə elan edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək, boyu 1.85 santimetr və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış paytaxtın Qaradağ, ölkənin Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda olmaqla yaşayan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan vətəndaşları (kişi) iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunan qaydada yoxlanılacaq.