Mərakeş Kral Futbol Federasiyası milli komandanın yeni baş məşqçi təyin edildiyini açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu postu Məhəmməd Uahbi tutub.
49 yaşlı mütəxəssis daha öncə Mərakeşin aşağı yaş qruplarından ibarət yığmalarında işləyib.
Xatırladaq ki, DÇ-2026-ya vəsiqə qazanan ölkəni mundiala daşıyan Valid Reqrari bir müddət öncə vəzifəsini tərk etmişdi. Onun yerinə əsas namizədlərdən biri qismində "Barselona"nın canlı əfsanələrindən olan Xavi göstərilirdi.
Toğrul