BAKI, 6 mart. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” (ADY) qarşıdan gələn bayram günləri ilə əlaqədar əlavə qatar reysləri təşkil edəcək.
Teleqraf xəbər verir ki, martın 20 və 21-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri həyata keçiriləcək.
Məlumata görə, qatar saat 07:15-də Gəncə şəhərindən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.
ADY sərnişinlərə xoş səfərlər arzulayıb.