AZ

ADY bayramla əlaqədar Gəncə–Mingəçevir marşrutu üzrə qatar reysi təşkil edir

BAKI, 6 mart. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” (ADY) qarşıdan gələn bayram günləri ilə əlaqədar əlavə qatar reysləri təşkil edəcək.

Teleqraf xəbər verir ki, martın 20 və 21-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri həyata keçiriləcək.

Məlumata görə, qatar saat 07:15-də Gəncə şəhərindən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.

ADY sərnişinlərə xoş səfərlər arzulayıb.

Seçilən
129
teleqraf.com

1Mənbələr