RU

AFFA İK nin Qarabağ ı təhqir edən əcnəbini cəzalandırmağa cəsarəti çatmadı

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AFFA İK-nin "Qarabağ"ı təhqir edən əcnəbini cəzalandırmağa cəsarəti çatmadı

AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” oyununun (3:3) sonlarında yaşanan qalmaqallı hadisəyə biganə münasibət göstərib.

QOL.az-ın xəbərinə görə, qurumun bu gün açıqlanan qərarında tərəflərdən biri - "Sabah" klubu, daha doğrusu, onun məşqçisi Valerio Zuddasa cəza kəsilməyib.

Qeyd edək ki, həmin hadisə zamanı 36 yaşlı italiyalı mütəxəssis "Qarabağ"ın texniki zonasında əyləşən bütün şəxslərə - məşqçilərə, futbolçulara və texniki heyətə qarşı təhqiramiz jest nümayiş etdirib. Baş vermiş hadisəyə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla klub üzvləri etiraz edib. Oyundan sonra hətta "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas köməkçisinin hərəkətinə görə Qurban Qurbanovdan üzr də istəyib.  

Amma nədənsə, AFFA İntizam Komitəsinin "Qarabağ" klubunu təhqir etmiş bu italyanı cəzalandırmağı cəsarəti çatmayıb. Komitə bu məsələdə həm də qeyri-obyektiv qərar verib.

Çünki qeyri-etik hərəkət edən Valerio Zuddas cəzalandırılmadığı halda həmin oyunda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə Ağdam təmsilçisi 8000 manat cərimə edilib.

Yeri gəlmişkən, bir müddət əvvəl AFFA İntizam Komitəsi "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova qarşı qeyri-etik jest edən (Valerio Zuddasım jesti ilə müayisədə daha yüngül formada) "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə 4 oyunluq cəza kəsib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
76
1
qol.az

2Источники