RU

Cihad fətvası verən İranlı ayətullah ÖLDÜRÜLDÜ

Cihad fətvası verən iranlı ayətullah Abdulla Cavadi Amuli öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İranın ən nüfuzlu din xadimlərindən biri olan ayətullah Abdulla Cavadi Amuli qətlə yetirilib.

O, bir müddət əvvəl cihad elan edilməsi barədə fətva verməsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşmüşdü.

Hadisənin hansı şəraitdə baş verdiyi və sui-qəsdin kimlər tərəfindən törədildiyi barədə hələlik rəsmi təfərrüatlar açıqlanmayıb.

Lakin bölgədə hərbi və siyasi gərginliyin pik həddə çatdığı bir vaxtda belə bir mühüm simanın öldürülməsi ciddi əks-səda doğurub.

Qeyd edək ki, ayətullah Amili həm dini elmlər sahəsindəki fəaliyyəti, həm də strateji məsələlərdə verdiyi qərarlarla ölkə daxilində böyük nüfuza malik idi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
114
interpress.az

1Источники