RU

ABŞ Dövlət Departamenti: Gürcüstan Ermənistan və Azərbaycan arasındakı razılaşmadan faydalana bilər – ÖZƏL

ABŞ Dövlət Departamenti Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini növbəti dəfə bəyan edib. 

Olaylar.az xəbər verir ki, qurumdan verilən rəsmi açıqlamada Vaşinqtonun rəsmi Tbilisi ilə konstruktiv münasibətlər qurmaqda maraqlı olduğu vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunur ki, Prezident Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh sazişi bütün Cənubi Qafqaz üçün yeni imkanlar açır. Gürcüstanın bu sabitlikdən böyük fayda götürə biləcəyi qeyd olunub. Dövlət Departamenti ikitərəfli əlaqələrin gücləndirilməsi və siyasi iqlimin yaxşılaşdırılması üçün Gürcüstan hökuməti ilə konkret addımları müzakirə etməyə davam edəcəyini bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
113
olaylar.az

1Источники