
İran 22-ci raket zərbələri seriyasında Fars körfəzindəki ABŞ hərbi bazalarına, Tel-Əviv, Hayfadakı İsrail ordusunun obyektlərinə və Ben-Qurion hava limanına hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.
İranın dövlət televiziyası onun sözlərini sitat gətirib: "Fars körfəzi ölkələrindəki ABŞ və sionist rejimin bazaları, Təl-Əviv, Ben Qurion hava limanı və Hayfadakı hərbi mərkəzlər yeni nəsil raketlərlə vurulub".