RU

Artıq Sumqayıtda da gecə avtobus problemi yaşanmayacaq KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində axşam saatlarında ictimai nəqliyyatın çatışmazlığı sakinlərin narazılığına səbəb olur. Xüsusilə saat 21:00-dan sonra bir çox marşrut üzrə avtobus tapmaq çətinləşir və bu da işdən gec çıxan və ya şəhər daxilində hərəkət etmək istəyən vətəndaşlar üçün ciddi problem yaradır. İnsanlar alternativ olaraq taksilərdən istifadə etməyə məcbur qalırlar. Mövcud vəziyyət ictimai nəqliyyatın planlaşdırılması və gecə saatlarında xidmətin təşkilinə dair sualları yenidən gündəmə gətirir. Qeyd edək ki, Bakıya işləmək üçün gələn insanların əksəriyyəti də Sumqayıtda yaşayanlardır.

Belə problemlərin qarşısını almaq üçün dünya praktikasında necə modellər tətbiq olunur? Bizdə bununla bağlı hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, 2026-cı il, yanvarın 1-dən etibarən artıq Azərbaycanda “Brutto müqavilə”lərə keçid baş verib.

Ekspertin sözlərinə görə, bu da daşıyıcıların maliyyə dayanıqlılığını təmin edən bir sistemdir. Hər km-ə görə subsidiyanı özündə ehtiva edir. Bununla da qoyulan tələblərə cavab verən daşıyıcılar bu sistemdən yararlana biləcək.

Müsbət təsirindən bəhs edən R. Ağamirzəyev bunları deyib:

“Gecə saatlarına qədər avtobusların işləməsi üçün bir zəmin yaranacaq. Qeyd olunan şəhərlər arasında Bakı, Sumqayıt, Abşeron, Qarabağda işğaldan azad olunan şəhərlər, Gəncə və Naxçıvan şəhərləri də ilkin mərhələdə bu sistemə qoşulacaq. Düşünürəm ki, bu, həm keyfiyyətli xidmətin fəaliyyəti, həm də ümumi problemlərin aradan qaldırılması ilə nəticələnəcək”.

Dəniz Pənahova

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
63
1
konkret.az

2Источники