RU

İsrail Tehranın mərkəzinə zərbə endirib - Yeraltı komandanlıq məntəqəsi məhv edilib

İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranın mərkəzində yerləşən hərbi obyektə zərbə endirib.

Missiya.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində hökumət binası kompleksinin altında yerləşən yeraltı komandanlıq məntəqəsi dağıdılıb. Əməliyyatda təxminən 50 hərbi təyyarənin iştirak etdiyi qeyd olunur.

İsrail kəşfiyyatının məlumatına görə, bunker Tehranın bir neçə küçəsinin altında yerləşirdi və səthə çoxsaylı çıxışları var idi. Açıqlamada obyektin İran rəhbərliyi üçün ən vacib hərbi komandanlıq mərkəzlərindən biri olduğu vurğulanıb.

İsrail Müdafiə Qüvvələri əlavə edib ki, bunker xüsusi olaraq İranın Ali Lideri Əli Xamenei üçün tikilmişdi. Lakin iddiaya görə, ayətullah sığınacaqdan istifadə edə bilməmişdən əvvəl öldürülüb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
135
missiya.az

1Источники