ABŞ-da təyyarə yaşayış evinin həyətinə düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
ABŞ-nin Arizona ştatının Feniks şəhərində kiçik mühərrikli təyyarə yaşayış binasının həyətinə düşüb. Hadisə zamanı təyyarənin qanadı qonşu binanın damında qalıb.
Qəza nəticəsində təyyarədə olan tələbə pilot və təlimatçı yüngül kəsiklər və yanıq xəsarətləri alıblar. Onlarla yanaşı, evin bir sakini də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda rəsmi qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az