RU

Son bir həftədə ağac kəsilməsi nəticəsində 63,170 manat ziyan dəyib

Bakı.Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı,Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisindəyaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindənməlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonuƏmircan qəsəbəsi, Səbail rayonu Teymur Elçin küçəsi 8(36)ünvanında, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadəküçəsində, Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində, Qax rayonuKiçik Alatəmir və Samux rayonu Salahlı kəndləri ərazisindəağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 63170 manatməbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Избранный
67
11
az.trend.az

10Источники