Ajans.az xəbər verir ki, tərəflər İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər. General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb. Nazirlər həmçinin, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.