RU

"Qarabağ" futbolçuları nəhəng klublara gedir? - Son proseslər

İtaliyanın "Fiorentina" klubunun "Qarabağ"ın futbolçusu Pedro Bikalyo ilə maraqlandığı iddia olunur.

Ölkə.Az xəbər verir ki, klub rəhbərliyinin futbolçunun çıxışını yaxından izlədiyi və yaxın günlərdə "Qarabağ"a rəsmi təklif göndərəcəyi deyilir.

Bundan başqa, "atlılar"ın futbolçusu Emmanuel Addai Avropanın bir neçə tanınmış klublarının maraq dairəsinə düşüb. "Football Insider" yazır ki, 24 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin "Everton", "Kristal Pelas" və Şotlandiyanın "Qlazqo Reyncers" klubları maraq göstərir.

Qış transfer pəncərəsi dövründə qanalı oyunçunun Almaniyanın "Ayntraxt Frankfurt" klubunun təklifini qəbul etmədiyi və İtaliyanın "Napoli" klubun da afrikalı futbolçunu yaxından izlədiyi bildirilir. Nəşr qeyd edir ki, əksər klublar yayda "Qarabağ"la müqaviləsi başa çatacaq Addaini azad agent statusu ilə pulsuz transfer etmək istəyirlər.

Ağdam təmsilçisi də heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Rəhbərlik Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi Jali Muaddiblə danışıqlara başlayıb və 25 yaşlı vinqerə 3+1 illik müqavilə təklif edib.

2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi "Lill"in yetirməsidir.

Sportinfo yazır ki, danışıqlar uğurla başa çatıb. Futbolçu fikrini dəyişməyəcəyinə və yayda Azərbaycana gələcəyinə dair "atlılar"a söz verib.

Xatırladaq ki, bundan öncə "Qarabağ"ın 5 futbolçusu ilə vidalaşacağı bildirilib.

Ölkə.Az

Избранный
115
1
olke.az

2Источники