RU

“Şarl de Qoll” İranla mübarizəyə qoşulur

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Cəbəllütariq boğazından keçərək Aralıq dənizinə daxil olub.

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, gəmi Fransa Prezidenti Emmanuel Makronun göstərişi ilə bölgəyə göndərilib. Aviadaşıyıcının Şərqi Aralıq dənizində planlaşdırılan missiya zonasına çatması üçün bir neçə gün vaxt tələb olunur.

Agentliyin məlumatına əsasən, “Şarl de Qoll" bölgədə İran tərəfindən həyata keçirilən hücumlar fonunda Fransa və onun müttəfiqlərinin vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərəcək.

Fransa lideri aviadaşıyıcı zərbə qrupunun Aralıq dənizinə göndərilməsi qərarını martın 3-də açıqlayıb. Bundan əvvəl gəmi Şimali Atlantikdə tapşırıqlar yerinə yetirirdi.

Makron həmçinin İranın pilotsuz uçuş aparatları ilə iki obyektə zərbə endirməsindən sonra Yaxın Şərqdəki Fransa hərbi bazalarında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və bölgədəki dost ölkələrə dəstəyin artırılacağını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
modern.az

1Источники