RU

Messiyə Trampla görüşdüyü üçün azarkeşlərindən SƏRT REAKSİYA Pərəstişkarları ÜZ DÖNDƏRDİ

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi və komanda yoldaşlarının MLS kubokundakı çempionluq münasibətilə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü qalmaqala səbəb olub.

Bakupost.az xəbər verir ki, martın 5-də baş tutan rəsmi qəbul zamanı Trampın Yaxın Şərqdəki hərbi əməliyyatlar və İrana endirilən zərbələr barədə danışarkən futbolçuların onu alqışlaması azarkeşlərin sərt reaksiyası ilə qarşılanıb.

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan Messi “münaqişəni dəstəkləməkdə” ittiham edilib və minlərlə pərəstişkarı onu izləməyi dayandırdığını bildirib. Narazı kütlə, xüsusilə Messinin Tramp tərəfindən hərbi yeniliklərin elan edildiyi anlarda səhnədə olmasını və bu siyasi çıxışa reaksiya verməsini “böyük ləkə” kimi qiymətləndirib.

Xatırladaq ki, “İnter Mayami” 2025-ci ilin noyabrında “Vankuver Uaytkeps” komandasına qalib gələrək MLS Kubokuna sahib çıxmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
5
www.bakupost.az

6Источники