RU

İtaliyalı məşqçi vəfat etdi

İtaliya yığmasının sabiq futbolçusu Rino Markezi vəfat edib.

"Football-plus.az" xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Markezinin futbolçu karyerası 1955-ci ildə başlayıb və 1973-cü ildə bitib. O, “Fanfulla”, “Atalanta”, “Fiorentina”, “Latsio” və “Prato” komandalarında oynayıb. Ən böyük uğuruna “Fiorentina” ilə imza atıb, 2 dəfə İtaliya kubokunu və 1961-ci ildə Kuboklar kubokunu qazanıb.

Markezi məşqçilik karyerası ərzində “Napoli”, “İnter” və “Yuventus” da daxil olmaqla bir sıra İtaliya klublarını çalışdırıb.

Onu da qeyd edək ki, Dieqo Maradonanın İtaliyadakı debüt mövsümündə “Napoli”ni məhz o çalışdırıb. Bundan əlavə, əfsanəvi Mişel Platini peşəkar karyerasının sonuncu mövsümünü onun rəhbərliyi altında keçirib.

Избранный
117
3
football-plus.az

4Источники