RU

"Qarabağ"ın 15 yaşlı futbolçusu Fransa klubuna gedir

Bakı. Trend:

Son dövrlər "Qarabağ"ın 15 yaşlı futbolçusu Əli Bəşirov öz oyunuilə diqqət çəkir.

Trend xəbər verir ki, o,yaşının az olmasına baxmayaraq, bu qış hətta Qurban Qurbanovtərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəkitoplanışına cəlb olunub. Yəni hücumameyilli yarımmüdafiəçi özpotensialı ilə baş məşqçi Qurban Qurbanovun da diqqətini çəkib.

Ə.Bəşirov həm də Azərbaycanın U-18 milli komandasının üzvüdür vəbu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirindəiştirak edib, gözəl qol vurması ilə fərqlənib (videonun xəbərinsonunda).

Ə.Bəşirovun oyunu artıq bəzi xarici klubların da diqqətini cəlbedib. Etibarlı mənbələrdən QOL.az saytına daxil olan xəbərə görə,istedadlı futbolçu Fransanın "Strasburq" klubunun maraq dairəsinədüşüb. Ə.Bəşirov hətta artıq Liqa-1 təmsilçisinin baxışına da dəvətedilib. Bizə çatan xəbərə görə, Bəşirov may ayında Fransaya yoladüşəcək və "Strasburq"un düşərəsində 10-15 günlük baxışda olacaq.Onun gənclərdən ibarət komandada hazırlıq keçəcəyi bildirilir.Bəşirov baxış zamanı da özünü doğrultsa, yeni mövsümdə karyerasınıFransada davam etdirəcək.

Избранный
114
8
az.trend.az

9Источники