RU

Azərbaycan diplomatları İrandan təxliyə olunub

Bakı. Trend:

Azərbaycanlı diplomatların İrandan təxliyəsi həyatakeçirilib.

Trend xəbər verir ki,ölkəmizin İrandakı diplomatik nümayəndəliyinin əməkdaşları sərhədikeçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilətəhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digərprosedurların yerinə yetirilməsi ilə həyata keçirilib vəsərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçünbütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildətəyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyəprosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlarauyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyatakeçirilir.

Избранный
90
47
az.trend.az

10Источники