RU

ABŞ əsgərlərini daşımaqdan imtina edən avtobus sürücüləri saxlanıldı

Bəhreyndə bir neçə avtobus sürücüsünün ABŞ hərbçilərini daşımaqdan imtina etdiklərinə görə saxlanıldığı bildirilir.

Musavat.com xəbər verir ki, müxtəlif regional media və sosial şəbəkə mənbələrinin yaydığı məlumata görə, hadisə ölkədə fəaliyyət göstərən nəqliyyat şirkətlərindən birində baş verib. İddialara əsasən, bir qrup avtobus sürücüsü ABŞ hərbçilərini daşımaq üçün verilən tapşırığı yerinə yetirməkdən imtina edib. Bundan sonra yerli təhlükəsizlik orqanları həmin sürücüləri saxlayaraq araşdırmaya başlayıb.

Hələlik Bəhreyn rəsmiləri hadisə ilə bağlı geniş açıqlama verməyiblər. ABŞ hərbi komandanlığı da məsələ barədə rəsmi şərh yaymayıb.

Xatırladaq ki, Bəhreyn ABŞ-ın regiondakı əsas hərbi tərəfdaşlarından biridir. Ölkədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının qərargahı yerləşir və burada minlərlə amerikalı hərbçi xidmət edir.

 

Musavat.com

Избранный
71
46
musavat.com

10Источники