RU

“Napoli” öz meydanında “Torino”ya qalib gəldi

İtaliya A Seriyasının 28-ci turunda “Napoli” və “Torino” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Neapol şəhərində yerləşən “Dieqo Armando Maradona” stadionunda baş tutub. Matçın baş hakimi Mikael Fabri olub.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 7-ci dəqiqədə neapolluların hücumçusu Alisson Santos açıb. İkinci hissədə, 68-ci dəqiqədə isə “Napoli”nin forvardı Elif Elmas komandasının üstünlüyünü artırıb.

87-ci dəqiqədə “Torino”nun yarımmüdafiəçisi Çezare Kazadey fərqi azaldaraq bir qolla cavab verib. Lakin qalan dəqiqələrdə hesab dəyişməyib.

Bu nəticədən sonra “Torino” 30 xalla İtaliya çempionatının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Napoli” isə 56 xalla üçüncü sırada yer alır.

Избранный
89
90deqiqe.az

1Источники